#bakı Instagram Photos & Videos

bakı - 642.7k posts

Latest #bakı Posts

Advertisements

Advertisements

Advertisements

  • Aprelin 20-də Fransanın Nant şəhərində Azərbaycan məktəbi açılıb. Mərasimə bu ölkədə yaşayan 25-i məktəbli olmaqla, 90 nəfərə yaxın azərbaycanlı qatılıb.

Məktəbin açılışında Azərbaycanın Fransadakı səfirliyinin siyasi məsələlər üzrə müşaviri Eldar Məmmədov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Türkiyənin Nantdakı baş konsulu Ebrar Çubukçu, Azərbaycanın Fransadakı səfirliyinin konsulluq məsələlərinə məsul katibi Zaur Fərhadov, Fransa Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi - Nantda fəaliyyət göstərən Fransa Azərbaycanlıları Mədəniyyət Assosiasiyasının rəhbəri Toğrul Zeynalov, eyni zamanda, Fransada Azərbaycanlıların Koordinasiya Şuralarının digər əlaqələndiriciləri iştirak ediblər.

Mərasimdə çıxış edən Fuad Muradov belə bir məktəbin açılmasının əhəmiyyətindən danışıb və bu cür uğurlu layihələrin davamlı olmasının vacibliyini qeyd edib. O, eyni zamanda bildirib ki, Fransada Azərbaycan və türk diasporlarının birgə fəaliyyəti mühüm əhəmiyyət daşıyır.

Türkiyənin Nantdakı baş konsulu Ebrar Çubukçu deyib ki, Nantda Azərbaycan məktəbinin açılması vacib addımdır. O, nəzərə çatdırıb ki, bu məktəbin yaxınlığında türk dərnəyi fəaliyyət göstərir və məktəblə dərnək arasında sıx əlaqə qurulacaq.

Açılış mərasimində çıxış edənlər Fransada belə bir məktəbin yaradılmasının önəmini vurğulayıblar.

Məktəbdə kitabxana da fəaliyyət göstərir və burada ölkəmiz haqqında həm fransız, həm də Azərbaycan dilində kitablar toplanıb.

Mərasimdə milli geyimli uşaqlar şeirlər söyləyib, “Sarı gəlin” mahnısının sədaları altında rəqs edib, yallı gediblər.  #AzTv #xeber #azerbaijan #bakı #france #mekteb

  •  4  0  11 minutes ago
  • En route Gabala.
  • En route Gabala.
  •  55  2  12 minutes ago
  •  18  3  21 minutes ago